QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan silahlı bölmələri atəşkəsi 51 dəfə pozub

© Sputnik / Mediabanka keçidАзербайджанский город Агдере, находящийся под оккупацией Армении, фото из архива
Азербайджанский город Агдере, находящийся под оккупацией Армении, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı bölmələri atəşkəsi pozmaqda davam edirlər

BAKI, 22 yan — Sputnik. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 51 dəfə pozub.

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan, İcevan, Berd, Krasnoselsk rayonlarındakı mövqelərdən Qazax, Tovuz, Gədəbəy rayonu ərazisindəki mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0