QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Ordusu düşmənin mövqelərinə cavab zərbəsi endirib

CC0 / WikiImages / bulletAzərbaycan əsgəri
Azərbaycan əsgəri - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşı tərəfin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək düşməni susdurub

BAKI, 16 yan — Sputnik. Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlar tətbiq edib. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Atəşkəs pozulması - Sputnik Azərbaycan
QARABAĞ
Düşmən minaatanlarla ərazilərimizi atəşə tutub

Yanvarın 15-i axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə cəbhənin Tərtər-Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Hərbi qulluqçularımız arasında itki yoxdur. Düşmən tərəfinin aktivliyinin qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri həyata keçirərək onu susdurub.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir.

Xəbər lenti
0