QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

© Sputnik / STR / Mediabanka keçidСтрельба из гранатомета, фото из архива
Стрельба из гранатомета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Astara rayonundan hərbi xidmətə çağırılmış Fikrət Bəşirov cəbhənin Xocavənd istiqamətində baş verən təxribat nəticəsində həlak olub

BAKI, 15 yan — Sputnik. Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Bu barədə Sputnik Müdafiə nazirliyinin saytına istinadən məlumat verir.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Sputnik-in Qarabağ bürosunun dəqiqləşdirdiyinə görə, hərbi qulluqçumuz Fikrət Bəşirov Xocavənd istiqamətində baş vermiş təxribat nəticəsində həlak olub. Bəşirov hərbi xidmətə Astara rayonundan çağırılıbmış.

Xəbər lenti
0