03:25 20 Yanvar 2017
Canlı yayım
Tərtər rayonunda monitorinq. Arxiv şəkli

Cəbhədə növbəti monitorinq keçiriləcək

© Foto: Tərtər rayon İcra Hakimiyyəti
QARABAĞ
Qısa URL
3 0 0

Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır

BAKI, 11 yan — Sputnik. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 12-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi mayor Cavit Elyas keçirəcəklər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçisi Piter Şvedberq və YSPQ-in rəhbəri polkovnik Hans Lampalzer keçirəcəklər.

Əlaqədar

Monitorinq baş tutdu
Qoşunların qarşıdurma xəttində növbəti monitorinq keçiriləcək
Təmas xəttində növbəti monitorinq olacaq
Qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilib
Beynəlxalq İqtisadiyyat Məktəbində məzun monitorinqi aparılıb
Təmas xəttində monitorinq keçiriləcək
Qoşunlarının qarşıdurma xəttində monitorinq keçiriləcək
Teqlər:
qoşunlarının qarşıdurma xətti, təmas xətti, ATƏT, Müdafiə Nazirliyi, monitorinq, cəbhə

Əsas mövzular