03:27 20 Yanvar 2017
Canlı yayım
Riçard Hoqland, arxiv şəkli

ABŞ Minsk Qrupundakı həmsədrini dəyişdi

© AFP / AAMIR QURESHI
QARABAĞ
Qısa URL
13 0 0

Riçard Hoqland ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb

BAKI, 30 dek — Sputnik. ABŞ ATƏT-in Minsk Qrupunda özünün müvəqqəti həmsədrini təyin edib. Sputnik ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, gələn ilin yanvarından müvəqqəti olaraq bu vəzifəni Riçard Hoqland icra edəcək.

Xatırladaq ki, hazırkı həmsədr Ceyms Uorlikin səlahiyyət müddəti dekabrın 31-də başa çatır. Daimi həmsədrin adı isə yaxın vaxtlarda məlum olacaq.

Riçard Hoqland 30 illik diplomatik təcrübəyə malikdir. O, ABŞ-ın Tacikistan və Qazaxıstanda səfiri, Pakistanda isə səfirin müavini vəzifələrində çalışıb.

O, Suriyada zorakılığın dayandırılması ilə bağlı Rusiya-ABŞ danışıqlarının hərbi koordinasiyasına rəhbərlik edib. Həmçinin ABŞ dövlət katibinin müavinin birinci müavini vəzifəsini icra edib. Riçard Hoqland daha öncə ABŞ Dövlət Departamentinin Avropa və Mərkəzi Asiya bürosunun Qafqaz və Mərkəzi Asiya məsələləri ofisinə rəhbərlik edib.

"Səfir Hoqlandın geniş diplomatik təcrübəsi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həlli istiqamətində apardığı işdə çox vacibdir. ABŞ tərəfləri atəşkəs öhdəliyinə əməl etməyi davam etdirməyə, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaları həyata keçirməyə, bütün tərəflərə faydalı ola biləcək nizamlanma üzrə danışıqlara qayıtmağa çağırır", — deyə səfirliyin məlumatında bildirilir.

Əlaqədar

Həmsədr ölkələrin XİN rəhbərləri Qarabağ münaqişəsinə dair birgə bəyanat yaydılar
Amerikalı həmsədr Ermənistanı Qarabağı tərk etməyə çağırıb
Azərbaycan sülhə hazır deyil, yoxsa həmsədrlər?
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcəklər
Elmar Məmmədyarov həmsədrlərlə görüşüb
Sergey Lavrov Minsk qrupunun həmsədrlərini qəbul edib
Teqlər:
Riçard Hoqland, həmsədr, ATƏT, Minsk Qrupu, Ceyms Uorlik, ABŞ

Əsas mövzular