14:51 23 Sentyabr 2017
Canlı yayım
Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına üzv ölkələrin bayraqları

"KTMT-nin bəyanatı siyasi təxribatdır"

© Sputnik / Amir Isayev
QARABAĞ
Qısa URL
541530

Komitə sədrinin müavini: "Rəsmi Bakı Təşkilatın açıqlaması ilə bağlı lazımi reaksiyanı verəcək"

BAKI, 29 dek — Sputnik. Bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən, bölmələrimizin pusqusuna düşüb. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

"Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır", deyən Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə, o, daha böyük və ağır itkilərlə üzləşəcək.

Ermənistanın Tavuş əyalətində döyüş toqquşması nəticəsində Ermənistan SQ-nin 3 hərbçisi həlak olub. Həlak olanlardan biri zabitdir. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan məlumat verib.

Erməni KİV-in məlumatına əsasən, insident nəticəsində Azərbaycanın bir hərbçisi də həlak olub. Ovannisyan, döyüş nəticəsində baş leytenant Şavarş Melikyan, sıravilər Edqar Narayan və Erik Abovyanın həlak olduğunu bildirib. Erməni tərəfi hadisənin Tavuş əyaləti Çinari (işğal olunmuş Tovuz rayonunun Çinarlı kəndi — red.) kəndi istiqamətində baş verdiyini yazıb.

Hadisə ilə bağlı, Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) verdiyi bəyanat isə Azərbaycanda ciddi narahatlıq doğurub. KTMT Ermənistanın Çinari kəndi yaxınlığındakı silahlı insidenti xüsusi narahatlıqla qarşılayıb.

Aydın Mirzəzadə - millət vəkili
youtube
Aydın Mirzəzadə - millət vəkili

Təşkilatın baş katibi Nikolay Bordyuja, "KTMT üzvü olan ölkənin ərazisindəki belə hərəkətləri təxribat xarakterli hərəkətlər kimi qəbul edirik", deyib. Həmçinin KTMT-nin rəsmi saytında işğal edilmiş Dağlıq Qarabağ haqqında "respublika" ifadəsi işlənib.

Baş verən son hadisəni və KTMT-nin mövqeyini Sputnik-ə dəyərləndirən, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edib ki, baş katib Nikolay Bordyujanın söylədikləri təxribat xarakterlidir: "Məndə belə bir təəssürat yaranır ki, Nikolay Bordyuja öz postunu Ermənistandan olan şəxsə təhvil verə bilməməyin stresini keçirir".

"Burda söhbət Ermənistanın Azərbaycana qarşı olan təxribatından gedir. Düşmənin diversiya qrupunun ölkəmizə qanunsuz girməsinin qarşısı alınıb", — deputat bildirib.

Millət vəkili KTMT-nin rəsmi saytında DQ-dən "respublika" kimi bəhs edilməsi haqda isə bunları deyib: "Bu, çox böyük siyasi provokasiyadır. Ermənistandan başqa KTMT-yə daxil olan dövlətlərin hamısı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Dünya siyasi xəritəsində "Dağlıq Qarabağ" adlı dövlət yoxdur. Düşünürəm ki, Azərbaycanın rəsmi orqanları KTMT-nin bəyanatına reaksiya verəcək".

Əlaqədar

"7 hərbçimizin həlak olması barədə yayılan məlumatlar yalandır"
İtkin düşmüş hərbçimizlə bağlı araşdırma aparılır
Erməni kəşfiyyat qrupu pusquya düşdü: düşmən ağır itki verib
Teqlər:
Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı, Arsrun Ovannisyan, KTMT, Nikolay Bordyuja, Tovuz, Aydın Mirzəzadə, Müdafiə Nazirliyi, Ermənistan, döyüş, Azərbaycan, təxribat

Əsas mövzular