10:19 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Müdafiə Nazirliyi

"7 hərbçimizin həlak olması barədə yayılan məlumatlar yalandır"

apa.az
QARABAĞ
Qısa URL
62 0 0

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun 7 hərbçisinin həlak olması barədə məlumatları təkzib edib

BAKI, 29 dek — Sputnik. "Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur".

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. MN-dən bir daha təsdiq ediblər hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.

"Bəzi yerli kütləvi informasiya vasitələrində Ağdam rayonunun Əhmədağalı kəndindəki yaşayış evinin düşmən tərəfindən atəşə məruz qalması xəbəri də təsdiqini tapmayıb", — deyə MN-dən bildiriblər.

Əlaqədar

Erməni kəşfiyyat qrupu pusquya düşdü: düşmən ağır itki verib
İtkin düşmüş hərbçimizlə bağlı araşdırma aparılır
Teqlər:
hərbçi, müdafiə, əməliyyat, Ermənistan, erməni

Əsas mövzular