QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan hərbçisi şəhid olub

© Sputnik / Hikmet Orhunİki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Həlak olan hərbi qulluqçu Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.

BAKI, 15 noy — Sputnik. Azərbaycan əsgəri şəhid olub.

Sputnik-in Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə hörə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Erməni tərəfinin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.

Xəbər lenti
0