Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ermənistandan Minsk qrupuna "əzələ nümayişi"

© Wikipedia / Marcin Konsek / Wikimedia CommonsErmənistan parlamentinin binası
Ermənistan parlamentinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
"DQR"in adını "Artsax" etməklə, rəsmi Yerevan Minsk qrupunun prinsiplərindən kənara çıxır

BAKI, 11 noy — Sputnik. "Əgər Dağlıq Qarabağın adının dəyişdirilməsi prosesi başlasa, bu, həmin torpaqların nə vaxtsa Azərbaycana qaytarılmaq istənmədiyi barədə tam siqnal olacaq". Bu barədə Sputnik-ə Rusiya İstimai Palatasının beynəlxalq əməkdaşlıq komissiyasının sədri Sergey Markov bildirib.

© Sputnik / Murad OrujovЧлен Общественной палаты РФ, политолог Сергей Марков в Мультимедийном пресс-центре Sputnik Азербайджан
Член Общественной палаты РФ, политолог Сергей Марков в Мультимедийном пресс-центре Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Член Общественной палаты РФ, политолог Сергей Марков в Мультимедийном пресс-центре Sputnik Азербайджан

Qeyd edək ki, işğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib. Bu qərara əsasən, sözügedən ərazilər indidən sonra "Artsax Respublikası" adlandırılacaq. Bu barədə qondarma "Dağlıq Qarabağ Milli Məclisi"nin sədri Aşot Qulyan bəyan edib.

Markov bildirib ki, Qarabağın adının dəyişdirilməsi məsələsi hələlik dövlət hakimiyyətinin qərarı deyil, ictimai strukturların təşəbbüsüdür: "Əlbəttə, bu, bir siqnaldır ki, əgər adın dəyişdirilməsi prosesinə başlanılsa, bu, razılığın əldə olunmasını istəməmək anlamına gələcək. Bu, həm də Dağlıq Qarabağın nə vaxtsa Azərbaycanın yuridiksiyasına qaytarılmayacağı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməyəcəyi barədə bir siqnal kimi qəbul ediləcək".

Sputnik-in həmsöhbəti qeyd edib ki, adın dəyişdirilməsi ilə bağlı söhbətlər Azərbaycan rəhbərliyinin, eləcə də prezidentinin Dağlıq Qarabağa yüksək statusun verilməsinin mümkünlüyü barədə bəyanatlarına qarşı da bir reaksiyadır: "Bu gün Rusiyanın, Avropa İttifaqının, ATƏT-in Minsk qrupunun nümayəndələri hamısı birmənalı şəkildə bəyan edirlər ki, Ermənistan rəhbərliyini "Kazan formulu" əsasında danışıqlar masasına qaytarmağa razı salmağa çalışırlar. Ermənistan rəhbərliyi hələlik bunu istəmir və ona görə də, adın dəyişdirilməsi ilə bağlı siqnallar verirlər".

"Bəli, Ermənistan başa düşür ki, bu minvalla ATƏT-in Minsk qrupunun prinsiplərindən uzaqlaşır, amma ölkə rəhbərliyi ictimai rəyin təzyiqi altında hərəkət edir. Və adın dəyişdirilməsi məsələsi də, guya ictimaiyyətin rəyidir. Onların da ictimaiyyəti narahatdır ki, Ermənistan Dağlıq Qarabağı itirə bilər", — deyə politoloq bildirib.

Onun sözlərinə görə, ağır müharibədən, bir əsrin dörddə biri qədər davam edən qarşıdurmadan sonra Azərbaycan və erməni ictimaiyyəti bir yerdə yaşamağın mümkünlüyü məsələsinə çox skeptik yanaşırlar.

Markov onu da qeyd edib ki, tarixdən azərbaycanlılarla ermənilərin uzun illər Bakıda və Dağlıq Qarabağda birgə yaşadıqlarını bilir. Bununla belə, hazırda erməni icmasının Azərbaycanın tərkibindəki Dağlıq Qarabağda yaşaya bilib-bilməyəcəyi barədə böyük şübhələri var.

Xəbər lenti
0