20:10 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
QARABAĞ
Qısa URL
2601

Müdafiə Nazirliyi: "Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaqdır"

BAKI, 21 okt — Sputnik. "Erməni tərəfinin, guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin oktyabrın 20-də gecə saatlarında cəbhədə kəşfiyyat-diversiya fəaliyyətini həyata keçirməsi və itkilərə məruz qalması barədə yaydığı məlumat həqiqətə uyğun deyil və növbəti dəfə qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlib".

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur: "Bildiririk ki, bölmələrimiz kəşfiyyat-diversiya fəaliyyəti həyata keçirməyib və heç bir itki verməyib. Hazırda bütün cəbhə xətti boyu əməliyyat şəraiti tam nəzarətimiz altındadır. Düşmənin törədə biləcəyi istənilən təxribatın qarşısının alınması məqsədilə tərəfimizdən görüləcək cavab tədbirləri daha qətiyyətli və sərt olacaqdır".

Əlaqədar

Azərbaycanın müdafiə naziri Çexiyada silah şirkətlərinə baş çəkib
Azərbaycanda hava hücumundan müdafiə sahəsində məşqlər keçirilir
Müdafiə naziri əsgərlərlə birgə nahar edib
Müdafiə naziri düşmənin mövqelərini müşahidə edib
Ermənistanda yeni müdafiə naziri və Baş Qərargah rəisi təyin olundu
"Azərbaycanla Rusiya sosial müdafiə sahəsində fəal əməkdaşlıq edir"
Zakir Həsənov Çexiya müdafiə nazirinin müavini ilə görüşüb
Teqlər:
Müdafiə Nazirliyi, itki, diversiya, kəşfiyyat, Azərbaycan Silahlı Qüvvələri, erməni

Əsas mövzular