QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atəşkəs pozulmaqda davam edir

© REUTERS / Zulfiya SafkhanovaAtəşkəs pozulması
Atəşkəs pozulması - Sputnik Azərbaycan
Abunə olmaq
İşğal altında olan Tərtər rayonunun Göyarx kəndi yaxınlığında, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 17 okt — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 10 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx kəndi yaxınlığında, Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0