02:03 12 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
QARABAĞ
Qısa URL
444 0 0

Putin: Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik.

BAKI, 16 okt-Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də Yerevanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün jurnalistlərə verdiyi açıqlamada bu barədə danışıb.

Putinin sözlərinə görə, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar:

"KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən İrəvanda Qarabağ problemini müzakirə etdik".

O, həmçinin qeyd edib ki, Yerevanda sabiq Sovet İttifaqı respublikaları ilə olan "müəyyən gərginliyi" də müzakirə ediblər.

"Bizim üçün sabiq SSRİ respublikalarından hansısa birinin KTMT-yə daxil olub-olmaması vacib deyil" — deyə Putin əlavə edib.

"Əsas odur ki, bizim bütün bu ölkələrlə xüsusi, tarixi əlaqələrimiz var. Və onlar bu münasibətlərə nə qədər yaxındırlarsa, NATO ölkələri ilə əlaqələri də bir o qədər dərindir. Biz bunu görməməzliyə vura bilmərik" — Rusiya prezidenti əlavə edib.

Teqlər:
Yerevan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Rusiya Prezidenti, Vladimir Putin, Dağlıq Qarabağ

Əsas mövzular