23:23 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
QARABAĞ
Qısa URL
23210

Sergey Markov: Azərbaycan hazırda İslam dünyasının lideridir.

BAKI, 7 okt-Sputnik. Azərbaycan hazırda İslam dünyasının lideridir.

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi "Azərbaycanın qlobal və regional arenada rolu: Reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq konfransın açılışında deyib.

Markov bildirib ki, Azərbaycan güclü ordu yaradıb və aprel döyüşlərində də bu, özünü göstərdi: "Azərbaycanın üzləşdiyi əsas problem Qarabağ münaqişəsidir. Bu il Kazan formulu əsasında Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi. Torpaqların bir qisminin qaytarılması müqabilində Ermənistanın blokadası aradan qaldırıla bilərdi. Təəssüf ki, bu, mümkün olmadı".

Qeyd edək ki, konfrans Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə təşkil olunub.

Əlaqədar

Qarabağ münaqişəsi ABŞ-ın dəstəyi ilə ədalətli həll oluna bilər
Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə ediblər
"Müzakirə predmeti yeddi rayon yox, Dağlıq Qarabağ olmalıdır"
"Heç Qarabağ döyüşlərində bu qədər insan ölmürdü"
Teqlər:
Sergey Markov, Rusiya, Qarabağ, Azərbaycan

Əsas mövzular