Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb Rusiyanın Cənubi Qafqazdakı roluna iddialıdır

© suverenman.comABŞ - Rusiya
ABŞ - Rusiya - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər ABŞ dövlət katibinin müəmmalı "Qarabağ" bəyanatının arxasındakı məqamları şərh edirlər

BAKI, 30 sen — Sputnik. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb". Bunu ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və "Atlantik" həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib.

Professor İlham Rəhimov - Sputnik Azərbaycan
TƏHLİL
"Müzakirə predmeti yeddi rayon yox, Dağlıq Qarabağ olmalıdır"

"Müasir dünyada Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var ki, onların nizamlanması hazırda mümkünsüz görünür, çünki, hər şeydən əvvəl, liderlər buna hazır deyillər", — deyə Kerri qeyd edib.

Amma o, İsrail-Fələstin münaqişəsini bu tip münaqişələrə aid etməyib: "Bu cür münaqişələr mürəkkəbdir, lakin, insanların müəyyən kompleks qərarlar qəbul edəcəyi təqdirdə, onları keçmişdə qoymağın yollarını seyr etmək mümkündür. Mən düşünürəm ki, İsrail-Fələstin münaqişəsi bu kateqoriyaya aiddir".

Birləşmiş Ştatlar dövlət katibinin Qarabağla bağlı bəyanatını Sputnik-ə şərh edən Müsavat Partiyasının başqanı Arif Hacılı ortada bir fakt olduğunu deyib: "Fakt odur ki, Azərbaycanın qanuni torpaqları işğal edilib. Və bunu bütün dünya, o cümlədən beynəlxalq təşkilatlar da qəbul edir. Con Kerrinin "vaxt yetişməyib, liderlər hələ hazır deyil" bəyanatı göstərir ki, bu münaqişədən bəslənən güclər özləri yekun həlli istəmirlər, maraqlı deyillər".

O, əlavə edib ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həllinə hazırdır: "Kerrinin "liderlər hazır deyil" çıxışı düzgün deyil. Çünki Azərbaycan tərəfi illərdir ki, dünyanın da tanıdığı öz torpaqlarını işğaldan azad etməyə hər zaman hazırdır. Sadəcə olaraq rəsmi Bakı bu işin hüquqi yolla həllində maraqlıdır".

Politoloq Zərdüşt Əlizadə isə Sputnik-ə açıqlamasında ABŞ dövlət katibinin açıqlamalarını 3 istiqamətdən izah edib: "Kerrinin bəyanatı hadisənin zahiri tərəfini əks etdirir. Həqiqətən də Azərbaycan və Ermənistan prezidentlərinin mövqeləri münaqişənin yaxın vaxtda, qarşılıqlı güzəşt əsasında həllinə ümid vermir. Dediyim kimi, bu, zahiri cəhətin əksidir. Hadisənin daxili və daha əhəmiyyətli cəhətləri var".

"Daxili təzahürü odur ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas oyunçu Rusiyadır və Moskva prosesi öz nəzarətində saxlayır. Qərb isə münaqişənin həllini özünün idarə etməsini istəyir. Yəni Rusiyanın hazırda oynadığı rolu Qərb özünün oynamasını istəyir. Lakin, onların arzusu gerçəkləşməyəcək, çünki bu regionda əsas oyunçu Rusiyadır", — politoloq bildirib.

Xəbər lenti
0