QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Cəbhə bölgəsində atəşkəs pozulub

© REUTERS / Zulfiya SafkhanovaAzərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli
Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

BAKI, 15 sen — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 14 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0