03:52 25 Fevral 2018
Canlı yayım
Bundestaq

Bundestaq Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinin dəstəkləyir

bundestag.de
QARABAĞ
Qısa URL
2701

Deputat: Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda ATƏT-ə sədrlik edən Almaniyanın konkret ciddi addımlar atacağına ümidvarıq.

BAKI, 9 avq-Sputnik. Avqustun 9-da Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Strenz ilə görüşüblər. 

Milli Məclisin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev qonağa işçi qrupun fəaliyyətindən söz açıb, görüşlərin intensivliyini, ölkələrarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini yüksək dəyərləndirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda ATƏT-ə sədrlik edən Almaniyanın konkret ciddi addımlar atacağına ümidvar olduğumuzu bildirib.

Deputatlar Fəttah Heydərov, Rafael Hüseynov, Fuad Muradov, Rasim Musabəyov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini diqqət mərkəzində saxlamaqla yanaşı, Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsinə təkan verəcək bir sıra təkliflərini də qonağın nəzərinə çatdırıblar.

Karin Strenz Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin dəstəkləndiyini vurğulayıb. Bu ilin mayında Almaniyaya səfər edən Prezident İlham Əliyevin ölkəsində keçirdiyi görüşlər və İqtisadi Forumdakı çıxışına dair xoş təəssüratlarını bölüşüb. O, iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Əlaqədar

Bundestaq üzvü: Dağlıq Qarabağın işğalına son qoyulmalıdır
Bundestaq qalmaqalı böyüyür

Əsas mövzular