20:48 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Prezident İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü

Azərbaycan və İran prezidentləri Qarabağ münaqişəsindən danışdılar

© Foto: Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
QARABAĞ
Qısa URL
Bakı sammiti (12)
1770 0 0

Həsən Ruhani: "İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək"

BAKI, 7 avq-Sputnik. "Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub".

Sputnik xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı bildirib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. Mən bu gün münaqişənin tənzimlənməsi sahəsində son vəziyyəti İran prezidentinə çatdırdım, danışıqların son durumu barədə geniş məlumat verdim. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Qarabağla yanaşı, ətraf 7 rayon da bu gün Ermənistanın işğalı altındadır. Məscidlərimiz dağıdılıb, insanlarımız torpaqlarından qovulub. Münaqişənin həlli üçün işğalçı qüvvələr işğal edilən torpaqlardan çıxarılmalıdır. Bu, BMT qətnamələrində də əksini tapıb. İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Ermənistanın aprel təxribatı pisləndi, kontakt qrupu yaradıldı".

Aprel təxribatlarından söz açan prezident İlham Əliyev bildirib ki, Azərbaycan məcburiyyət qarşısında qalaraq torpaqlarını və əhalisini qorumaq üçün addımlar atıb: "Bu addımlar çox təsirli oldu. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir".

Həsən Ruhani isə öz növbəsində deyib ki İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib.

"Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək" — deyə iranlı prezident bildirib.
Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti hər iki ölkənin bu sahədə əməkdaşlıq edəcəyini deyib:

"Mədəniyyət sahəsində, nifrətə, qarşıdurmaya qarşı olan islamın təbliği sahəsində birgə fəaliyyətlə bağlı da razılığa gəldik. Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir".

Mövzu:
Bakı sammiti (12)

Əlaqədar

Sabah Bakıda tarix yazılacaq
Azərbaycanla İran arasında 6 mühüm sənəd imzalanıb
Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi keçirilib
İran prezidenti Azərbaycana gəlib
Teqlər:
münaqişə, İran, İranın prezidenti Həsən Ruhani, Ermənistan, İlham Əliyev, Azərbaycan, terror, Qarabağ

Əsas mövzular