02:02 25 Fevral 2018
Canlı yayım
Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Rusya Devlet Başkanı Vladimir Putin

Putinlə Ərdoğanın Sankt-Peterburq görüşünün gündəliyi açıqlanıb

© Sputnik / Sergey Guneev
QARABAĞ
Qısa URL
58910

Türkiyə və Rusiya prezidentləri Qarabağ problemini də müzakirə edəcəklər.

BAKI, 4 avq-Sputnik. Moskva ilə Ankara arasında təyyarə böhranından sonra ilk dəfə Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 avqustda Sankt-Peterburqda görüşəcəklər. Kremlin sözçüsü Dmitri Peskov görüşdə hansı məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Sputnik xəbər verir ki, Peskov görüş zamanı münasibətlərin bərpası istiqamətində ciddi müzakirələrin aparılacağını deyib. O, bildirib ki, bundan başqa, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq.

Peskovun sözlərinə görə, görüş zamanı liderlər həm də Suriya da daxil olmaqla bölgədəki problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Türkiyədəki diplomatik mənbə Sputnik-in əməkdaşına bildirib ki, prezidentlərin görüşündə regional münaqişələr müstəvisində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək.

Əlaqədar

Vladimir Putin Bakıya, Serj Sarkisyan Moskvaya
Putin Antalyaya gələcək?
Putin Ərdoğana təşəkkür edəcək
Vladimir Putin: Türkiyə ilə əlaqələri bərpa etmək istəyirik
Putin Ərdoğan haqqında: "Yardım əli uzatmağa hazırıq"
Teqlər:
Dağlıq Qarabağ, Sankt-Peterburq, Ankara, Moskva, Rəcəb Tayyib Ərdoğan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin

Əsas mövzular