07:10 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
1501

Hələlik səfərin dəqiq tarixi bilinmir. Görüşün vaxtı tərəflərlə razılaşdırıldıqdan sonra və onların iş qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.

BAKI, 12 iyul — Sputnik. ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri yenidən münaqişə zonasına səfər etməyi planlaşdırırlar. Lakin səfərin dəqiq tarixi hələlik məlum deyil.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə agentliyə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov məlumat verib. Həmsədrlərin Bakı, İrəvan və Xankəndinə səfəri axırıncı dəfə aprelin 5-də, bölgədə vəziyyətin gərginləşməsindən sonra baş tutmuşdu.

"Əlbəttə biz regiona səfər edəcəyik, amma hələ dəqiq tarix bilinmir. Görüşün vaxtı tərəflərlə razılaşdırıldıqdan sonra və onların iş qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək", — deyə Popov bildirib.

O, dünən Vyanada Rusiya, ABŞ və Fransa səfirləri də daxil olmaqla, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirakı ilə Minsk qrupunun iclasının keçirildiyini deyib. Əlavə edib ki, bütün bu görüşlər həmsədrlər tərəfindən həyata keçirilən son vasitəçilik səyləri və Sankt-Peterburq sammitinin nəticələrinə həsr olunub.

"Fransalı və amerikalı həmkarlarım Fransa prezidenti Fransua Olland və ABŞ-ın dövlət katibi Con Kerri ilə apardıqları söhbətlər barədə məlumat verdilər. Biz, həmçinin, vasitəçiliklə bağlı növbəti addımlar barədə danışdıq", — deyə rusiyalı həmsədr bildirib.

Qeyd edək ki, aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində şiddətli qarşıdurma baş vermişdi. Münaqişə tərəfləri aprelin 5-də atəşkəs rejiminin bərpası ilə bağlı razılıq əldə ediblər. Bundan sonra beynəlxalq missiyalar sülhyaratma istiqamətində səylərini sürətləndirməyə başlayıb.

Əlaqədar

Minsk Qrupunun üçüncü həmsədri hanı?
Həmsədrlər aprelin 9-da Ermənistanda olacaqlar
Həmsədrlər Qarabağ cəbhəsindəki gərginlikdən narahat olublar
Rusiya Qarabağdakı gərginliklə bağlı digər həmsədrlərlə məsləhətləşmələrə başlayıb
Sonuncu həmsədr
Həmsədrlər prezidentlərin razılığa gəldikləri məqamları açıqladılar
Teqlər:
İqor Popov, münaqişə zonası, Minsk Qrupunun həmsədrləri, Dağlıq Qarabağ münaqişəsi, ATƏT, Fransa, Rusiya, ABŞ

Əsas mövzular