Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əliyevdən Putinə: "Erməni qoşunları Qarabağdan çıxarılmalıdır"

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş olub. Azərbaycanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsindəki "status-kvo"nun qəbuledilməz olduğunu bildirib.

BAKI, 20 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Sankt-Peterburqda görüşüb. Sputnik Ria-ya istinadən xəbər verir ki, İlham Əliyev öz çıxışında Dağlıq Qarabağ münaqişəsindəki "status-kvo"nun qəbuledilməz olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyanın Sankt-Peterburqda görüşü - Sputnik Azərbaycan
QARABAĞ
Serj Sarkisyandan Qarabağ açıqlaması

"Erməni silahlı qüvvələri Qarabağ və ətraf rayonlardan çıxarılmalıdır. Həm Rusiya, həm də ATƏT rəsmilərinin dediyi kimi "status-kvo"nun uzanması özü ilə müharibə riskini də gətirir. 20 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu hal daha da uzana bilməz", — deyə Azərbaycan Prezidenti vurğulayıb.

İlham Əliyev rusiyalı həmkarı ilə Dağlıq Qarabağ məsələsini daha detallı müzakirə etmək niyyətində olduqlarını da söyləyib: "Demək olar, iki ildir dayanan müzakirələrin yenidən dinamik müstəviyə keçəcəyinə ümid edirik".

Azərbaycan Prezidenti münaqişənin həllinə göstərdiyi səyə görə Rusiya dövlət başçısı Vladimir Putinə də minnətdarlıq edib.

Xəbər lenti
0