QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Erməni hərbçiləri mövqelərimizi atəşə tutublar

© REUTERS / Zulfiya SafkhanovaAzərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli
Azərbaycan ordusunun əsgəri qoşunların təmas xəttində. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub

BAKI, 7 iyun — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub. Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər lenti
0