Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Azərbaycanın Rusiyanı günahlandırması düzgün deyil"

© Sputnik / Murad OrujovErmeni deputat Tevan Poqosyan
Ermeni deputat Tevan Poqosyan - Sputnik Azərbaycan
Abunə olmaq
Tevan Poqosyan: "Lavrov jurnalistlərə demişdi ki, bu görüşün baş tutmasına görə ABŞ-ın dövlət katibi Con Kerriyə minnətdardır"

BAKI, 1 iyun — Sputnik. "Vyana görüşündə Lavrov jurnalistlərə demişdi ki, bu görüşün baş tutmasına görə ABŞ-ın dövlət katibi Con Kerriyə minnətdardır. Ona görə də Azərbaycanın Rusiyanı Ermənistana tərəf çıxmaqda günahlandırması düzgün deyil".

Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
QARABAĞ
"Top Ermənistanın meydançasındadır"

Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə, erməni politoloq Tevan Poqosyan deyib.

Qeyd edək ki, bu gün Sputnik Azərbaycanın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-Yerevan videokörpüsü keçirilib.

Videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak ediblər.

Xəbər lenti
0