QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb

© Sputnik / Murad OrujovДеревня в Физулинском районе
Деревня в Физулинском районе - Sputnik Azərbaycan
Abunə olmaq
Tərtər rayonunun Qazyan kəndi Ermənistan silahlı bölmələri tərəfindən minaatanlardan intensiv atəşə tutulur.

BAKI, 13 may — Sputnik. Mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb. Bu barədə Müdafiə nazirliyi mətbuat xidməti məlumat yayıb.

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

Xəbər lenti
0