QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyindən erməni iddialarına cavab: "Özləri öz PUA-larını vurublar"

© Photo : mod.gov.azPilotsuz uçan aparat
Pilotsuz uçan aparat - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib

BAKI, 13 may — Sputnik. Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulmasına dair məlumatlara Azərbaycan Müdafiə Nazirliyi (MN) münasibət bildirib. MN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.

"Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir", — deyə MN bildirir.

Nazirlik bildirir ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib. Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.

Xəbər lenti
0