00:23 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
23221

Rusiyalı ekspertlərin fikrincə, rəsmi İrəvanın qondarma "respublika"nı müstəqil dövlət kimi tanıması, qapını çırpıb danışıqlar masasından qalxması anlamına gələcək

BAKI, 4 may — Sputnik. Ermənistanda bir neçə deputat "Dağlıq Qarabağ Respublikası"nın ("DQR") müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini parlamentə təqdim edib. Ermənistan Dağlıq Qarabağın tanınması məsələsinə baxacaqmı, buna Bakı və Moskvanın reaksiyası necə olacaq?

Viktor Litovkin, rusiyalı hərbi ekspert
© Photo : RT
Viktor Litovkin, rusiyalı hərbi ekspert

Sputnik bununla bağlı, rəsmi İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanısa belə, bunun prinsipial olaraq heç nəyi dəyişməyəcəyinə əmin olan rusiyalı hərbi ekspert Viktor Litovkinlə söhbətləşib. Ekspert hesab edir ki, erməni deputatlar bununla sadəcə Qarabağ probleminin həlli istiqamətində gedən prosesə mane olmaq, onu ləngitmək istəyirlər.

"Bu, əvvəl-axır baş verməlidir"

"Ermənistan "DQR"in müstəqilliyi tanınsa belə, o, təkcə Türkiyə tərəfindən tanınmış Şimali Kiprin aqibətini yaşayacaq. Bu, 30 ildən artıqdır davam edir. Nə oldu? Dünya dağılmadı. Heç bir başqa ölkə Şimali Kiprin müstəqilliyini tanımadı. Hazırda Kiprin hər iki hissəsi arasında əlaqələrin qurulması istiqamətində danışıqlar gedir", — deyə ekspert bildirib.

Litovkinin fikrincə, Dağlıq Qarabağ problemi bir tərəfin tanıması və yaxud tanımaması ilə həll olunmur: "Bu problem yalnız kompromislər yolu ilə həll oluna bilər ki, ona da nə İrəvan, nə də Bakı hazırdır. Ötən illər ərzində tərəflər bu istiqamətdə həddindən artıq planlar ortaya töküblər, həddindən artıq ölüm, həddindən artıq kədər yaşanıb. Bütün bunları necə ortadan qaldırmaq olar, bilmirəm".

Hərbi ekspert həmçinin qeyd edib ki, hətta Fransa ilə Almaniya, yalnız İkinci Dünya Müharibəsindən sonra Elzas və Lotaringiya problemi və Avropa Birliyinin yaradılması ilə bağlı razılığa gələ biliblər. Onun sözlərinə görə, Cənubi Qafqaz və onun ətrafındakılara, hər bir xalqın öz torpağında yaşamaq və öz təhlükəsizliyini təmin etmək hüququna malik olduğunu başa salmaq çətindir: "Amma əvvəl-axır bu, baş verməlidir".

"Ermənistanın "DQR"i tanıması Bakının əl-qolunu açacaq"

Aleksandr Karavayev, rusiyalı politoloq
© Photo : RFE/RL
Aleksandr Karavayev, rusiyalı politoloq

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, politoloq Aleksandr Karavayev isə Sputnik-ə açıqlamasında deyib ki, bu məsələnin qanunvericilik səviyyəsində həllinə Ermənistan tərəfindən cəhdlər hələ sovet dövründə edilmişdi: "Onda da müstəqilliyin tanınması məsələsi ortaya atılmışdı. O zaman situasiya indiki ilə müqayisədə daha ağır idi. Hələ müharibə başlamamışdı, amma məsələlər qaynayırdı".

"Aydın deyildi ki, əsas ağırlıq kim tərəfə düşür. Və zaman göstərdi ki, erməni separatçıları situasiya üzərində nəzarəti itirdilər və məğlub oldular. Hətta bu şərtlər daxilində belə, Ermənistanın Qarabağı tanıması məsələsi problemin həllinin predmeti ola bilməz. Amma bu, həmişə bir mövzu olaraq müzakirə ediləcək", — deyə ekspert bildirib.

Sarkisyan Qarabağı tanımaqdan qorxur

Həmsöhbətimiz qeyd edib ki, bu məsələ axırıncı dəfə ötən ilin sonlarında müzakirə mövzusu olub: "Onda Ermənistan Konstitusiyasına dəyişikliklərlə Qarabağın tanınması məsələsi müzakirələrin vahid predmeti idi. Serj Sarkisyan o zamankı müsahibələrindən birində demişdi ki, "DQR"in müstəqilliyinin tanınması hazırda təhlükəlidir".

Ekspertin sözlərinə görə, onda Sarkisyan tanınma məsələsinə etirazını onunla arqumentləşdirmişdi ki, belədə Ermənistan ATƏT-in Minsk qrupunun diplomatik fəaliyyətini, buradakı üç həmsədr dövləti — Rusiya, Fransa və ABŞ-ı zərbə altında qoyacaq, eyni zamanda həll olunmamış münaqişəyə görə, onların qarşısında öz reputasiyasını korlayacaq: "O da var ki, İrəvanın bu yola üstünlük verməsi, hər üç ölkənin ona qarşı təzyiqlərini artıracaq. Ona görə də, Moskvanın İrəvanın bu cəhdlərinə verəcəyi reaksiya tamamilə aydındır".

Ermənistanın qondarma "DQR"i tanınmasını mümkün hesab etməyən politoloqun fikrincə, bu situasiya yaranacağı halda, Bakının əlinə kifayət qədər əsaslar düşəcək: "Bunu təkcə mən və mənim rus kolleqalarım demir, bunu elə erməni ekspertlərin özləri də deyirlər. Onlar deyirlər ki, əgər Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımaq barədə qərar qəbul etsə, Azərbaycan sakitcə fəal hərbi əməliyyatlara başlayacaq və bunu Ermənistanın danışıqlar prosesindən faktiki olaraq çıxması ilə izah edəcək".

"Danışıqlar masası arxasında qalan tərəf udacaq"

Karavayevin fikrincə, Ermənistan bu addımı atarsa, qapını çırparaq danışıqlar prosesindən çıxmış hesab olunacaq: "Bundan sonra hamı başa düşəcək ki, danışıqlar masası arxasında qalan tərəf udacaq. Azərbaycan danışıqlar stolunda qaldığı üçün, istənilən halda udacaq. Hətta hərbi əməliyyatlar aparmasa belə".

Politoloqun qənaətinə görə, Azərbaycan fəal döyüş əməliyyatları həyata keçirərək göstərdi ki, o, geniş imkanlara malikdir: "Hətta bununla bağlı hər hansı reaksiyalar olmasa belə, yenə də Azərbaycanın danışıqlar masasında qalması onun üstünlüyünü daha da artıracaq. Və bununla da Bakı üçün geniş meydan açılacaq, yəni sübut etsin ki, onun təklif etdiyi ssenarilərə diqqət yetirilməlidir və onlar həyata keçirilməlidir".

Əlaqədar

Sergey Lavrov və Con Kerri yenidən Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər
Lavrovla Kerri Qarabağ münaqişəsini müzakirə ediblər
"Heç bilmirlər ki, işğal olunmuş 7 rayon nədir, Qarabağ harada yerləşir..."
Dağlıq Qarabağ münaqişəsində yolayırımı: tərəflər nədə razılığa gələ bilmir?
Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ problemini müzakirə ediblər
Yaxın zamanlarda Qarabağda növbəti genişmiqyaslı hərbi əməliyyatların şahidi ola bilərik
Fransalı nazirdən Bakıda qalmaqallı Qarabağ bəyanatı
Teqlər:
Aleksandr Karavayev, Viktor Litovkin, Minsk Qrupu, "Dağlıq Qarabağ Respublikası", Ermənistan, Bakı, Moskva

Əsas mövzular