18:20 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8804
Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə çağırış etdi

© Sputnik / Stringer
QARABAĞ
Qısa URL
7901

"Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alın"

BAKI, 22 apr — Sputnik. "Silahlı Qüvvələrimizin keçirdiyi son uğurlu əks-həmlə əməliyyatlarından ruhlanan xalqımız ordumuza müxtəlif sahələrdə hərtərəfli kömək etmək niyyəti ilə dəstəyini əsirgəmir".

Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. "Azərbaycan əsgərinin uğurlarından qürur duyan vətəndaşlarımızın atdığı bu addımlar könüllülük prinsipi əsasında həyata keçirilib. Bir daha xatırladırıq ki, hər hansı yardımın göstərilməsi ilə bağlı nazirlik rəsmi surətdə heç bir çağırışla çıxış etməyib. Şəxsi təşəbbüslərlə həyata keçirilən istənilən dəstəyə görə Müdafiə Nazirliyi adından hər kəsə dərin təşəkkürümüzü bildiririk", —deyə MN bəyan edir.

Eyni zamanda nazirlik qeyd edir ki, Silahlı Qüvvələrimiz dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə tam əhatə olunub, təminat və təchizat məsələləri yüksək səviyyədə, keyfiyyətlə davamlı surətdə həyata keçirilir: "Bundan əlavə, bütün sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edirik. İşğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və video çəkilişlərini, təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar".

"Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq, sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq", —deyə sonda MN vurğulayır.

Əlaqədar

Azərbaycan MN Ermənistanın müdafiə nazirinin müavininin iddialarına cavab verib
Müdafiə nazirliyi: Xankəndi üzərində "vurulan" PUA Azərbaycanın deyil
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başladı
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
Müdafiə Nazirliyinə kütləvi müraciətlər ünvanlanır
Müdafiə Nazirliyi "Smerç"dən istifadə məsələsinə aydınlıq gətirdi
Teqlər:
Silahlı Qüvvələr, xəbərdarlıq, Müdafiə Nazirliyi, sosial şəbəkə, cəbhə

Əsas mövzular