QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atəşkəsin pozulması davam edir

CC0 / WikiImages / bulletQarabağ atəşkəs əsgər ordu
Qarabağ atəşkəs əsgər ordu - Sputnik Azərbaycan
Abunə olmaq
Cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimi ümumi hesabla 120 dəfə pozulub.

BAKI, 9 apr — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Müdafiə Nazirliyindən Sputnik-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan, Noyemberyan, Berd, Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonu ərazisindəki mövqelərimiz atəşə tutulub.

Həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl və Göygöl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib. 

Xəbər lenti
0