16:21 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ

Talış dağı barədə ermənilərin yaydığı məlumat yalandır

QARABAĞ
Qısa URL
55131

MN:Atəşkəsi yenə pozurlar və cavabımız daha sərt olacaq.

BAKI, 6 aprel-Sputnik. Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır.

Əlaqədar

Ermənistan MN-nin mətbuat katibinin yalanı faş edildi
MN: Ermənilərin komanda-qərargah məntəqəsi darmadağın edilib
MN: Yaşayış məntəqələrinin atəşə tutulması dayandırılmasa, cavab zərbələri endiriləcək
MN: Müharibə bölgəsində vəziyyət gərgin olaraq qalır
MN: Talış kəndi yüksəklikləri və Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib
Teqlər:
Ermənistan, Talış, Azərbaycanın Silahlı Qüvvələri, Müdafiə Nazirliyi

Əsas mövzular