QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Həlak olan hərbi qulluqçularımızın adları

© Sputnik / Ilham MustafaŞəhidin dəfn mərasimi
Şəhidin dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun sosial şəbəkələr üzərindən apardığı araşdırmalara əsasən, aprelin 1-4-də cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 29 hərbi qulluqçusu həlak olub, həmçinin 9 yaralının adı bəllidir.

BAKI, 5 apr — Sputnik. Siyahını Sputnik-ə təsdiq edən Müdafiə nazirliyi mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı həlak olanların əslində 31 nəfər olduğunu, 2 nəfər barədə əlavə məlumat veriləcəyini bildirib.

Həlak olanlardan 14-ü əsgər, 6-sı Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 1-i gizir, 8 nəfəri isə zabitdir.

Onlar aşağıdakılardır:

Həlak olanlar:

© Photo : Social networksBaş leytenant Bəkir İsmayılov
Baş leytenant Bəkir İsmayılov - Sputnik Azərbaycan
Baş leytenant Bəkir İsmayılov

1. Baş leytenant Bəkir İsmayılov, (Mi-24 vertolyotunun ekipajı), Kürdəmir rayonundan hərbi xidmətə çağırılıb.

© Photo : Social networksMayor Urfan Vəlizadə
Mayor Urfan Vəlizadə  - Sputnik Azərbaycan
Mayor Urfan Vəlizadə

2. Mayor Vəlizadə Urfan Uzeyir oğlu (Mi-24 vertolyotunun ekipajı), 1978-ci il təvəllüdlü. Türkiyənin Hava Harp Okulu Məzunu.

© Sputnik / Social networksMayor Təbriz Musazadə
Mayor Təbriz Musazadə  - Sputnik Azərbaycan
Mayor Təbriz Musazadə

3. Mayor Musazadə Təbriz Tariyel oğlu (Mi-24 vertolyotunun ekipajı). 1981-ci il təvəllüdlü.

© Photo : Social networksƏsgər Rəvan Nurayev
Əsgər Rəvan Nurayev - Sputnik Azərbaycan
Əsgər Rəvan Nurayev

4. Əsgər Rəvan İsmayıl oğlu Nurayev. 1997-ci il təvəllüdlü Rəvan Nurayev ailənin tək oğlu idi. 2015-ci ilin aprel ayında Zaqatala rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

© Photo : Social networksMAHXQ Ruhin Qəhrəmanov
MAHXQ Ruhin Qəhrəmanov - Sputnik Azərbaycan
MAHXQ Ruhin Qəhrəmanov

5. MAHXQ Ruhin Qəhrəmanov. Cəbrayıl rayonundan hərbi xidmətə çağırılıb.

© Photo : Social networksƏsgər Samir Kaçayev
Əsgər Samir Kaçayev - Sputnik Azərbaycan
Əsgər Samir Kaçayev

6. Əsgər Samir İzayəddin oğlu Kaçayev, 2015-ci ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə çağırılıb. 1994-cü il təvəllüdlü.

© Photo : Social networksƏsgər Sarvan Mehrəliyev
Əsgər Sarvan Mehrəliyev  - Sputnik Azərbaycan
Əsgər Sarvan Mehrəliyev

7. Əsgər Mehrəliyev Sarvan Natiq oğlu. Əslən Xocalıdan olan, 1997-ci il təvəllüdlü S.Mehralıyev Ağdam rayonunun Ballar kəndində torpağa tapşırılıb.

© Photo : Social networksƏsgər Orxan Əliyev
Əsgər Orxan Əliyev  - Sputnik Azərbaycan
Əsgər Orxan Əliyev

8. Əsgər Əliyev Orxan Məhəmməd oğlu, 1996-cı il təvəllüdlü. Qazax rayonundan (Aslanbəyli kəndi) hərbi xidmətə çağırılıb.

© Photo : Social networksMayor Elnur Əliyev
Mayor Elnur Əliyev  - Sputnik Azərbaycan
Mayor Elnur Əliyev

9. Mayor Əliyev Elnur Adil oğlu. Hərbi hissənin nizami hissə rəisi mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. E.Əliyev Füzuli rayonunun Dədəli kəndində dəfn olunub. Ailəlidir, iki oğlu var.

© Photo : Social networksMAHXQ Nicat İsgəndərov
MAHXQ Nicat İsgəndərov  - Sputnik Azərbaycan
MAHXQ Nicat İsgəndərov

10. MAHXQ İsgəndərov Nicat Bəhruz oğlu, 27 yaşlı (1989-cu il təvəllüdlü) Nicat İsgəndərov Tərtər rayonundan hərbi xidmətə çağırılıb. Evin tək oğlu olub.

© Photo : Social networksGizir Elmdar Səfərov
Gizir Elmdar Səfərov  - Sputnik Azərbaycan
Gizir Elmdar Səfərov

11. Gizir Səfərov Elmdar Səlimxan oğlu. 1992-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. Tərtər istiqamətində şəhid olub.

© Photo : Social networksBaş leytenant Namazov Elvin
Baş leytenant Namazov Elvin - Sputnik Azərbaycan
Baş leytenant Namazov Elvin

12. Baş leytenant Namazov Elvin Məmməd oğlu. Qazax rayonu Yuxarı Salahlı kəndində doğulub.

© Photo : Social networksƏsgər Ravil Novruzov
Əsgər Ravil Novruzov  - Sputnik Azərbaycan
Əsgər Ravil Novruzov

13. Əsgər Novruzov Ravil Elman oğlu. Tərtər istiqamətində şəhid olub. 1986-cı ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olub.

© Photo : Social networksƏsgər Rizvan Muradov
Əsgər Rizvan Muradov  - Sputnik Azərbaycan
Əsgər Rizvan Muradov

14. Əsgər Muradov Rizvan Telman oğlu. Sabirabad rayonu, Çiçəkli kəndində anadan olub. 1996-cı il təvəllüdlü.

© Photo : Social networksZabit Orxan Həmidov
Zabit Orxan Həmidov  - Sputnik Azərbaycan
Zabit Orxan Həmidov

15. Zabit Həmidov Orxan Ənvər oğlu. Füzuli rayonu Əhmədalılar kəndindən hərbi xidmətə çağırılıb.

© Photo : Social networksMAHXQ Dilsuz Qarayev
MAHXQ Dilsuz Qarayev  - Sputnik Azərbaycan
MAHXQ Dilsuz Qarayev

16. MAHXQ Qarayev Dilsuz. Ağcabədi rayonu, Hindarx kənd sakini, kəşfiyyatçı. Tərtərdə gedən döyüşlər zamanı şəhid olub.

© Photo : Social networksƏsgər Fərahim Novruzov
Əsgər Fərahim Novruzov  - Sputnik Azərbaycan
Əsgər Fərahim Novruzov

17. Əsgər Novruzov Fərahim Nadir oğlu (20 yaş). Biləsuvar rayonu, Səmədabad kəndindən. Aprelin 3-dən 4-nə keçən gecə Füzulidə gedən döyüşlərdə şəhid olub.

© Photo : Social networksƏsgər Sərxan Bağırov
Əsgər Sərxan Bağırov  - Sputnik Azərbaycan
Əsgər Sərxan Bağırov

18. Əsgər Bağırov Sərxan Azər oğlu. Aprelin 2-nə keçən gecə cəbhədə şiddətli döyüşlərdə şəhid olub. Göygöl rayonu, Almədədli kəndində dəfn olunub.

© Photo : Social networksƏsgər Nürəddin Mirzəyev
Əsgər Nürəddin Mirzəyev  - Sputnik Azərbaycan
Əsgər Nürəddin Mirzəyev

19. Əsgər Mirzəyev Nürəddin Etimad oğlu. Aprelin 2-dən 3-nə keçən gecə cəbhə bölgəsində baş vermiş döyüşlərdə şəhid olub. 1996-cı il təvəllüdlü. Yardımlı rayonunun Honuba kəndində dəfn edilib.

© Photo : Social networksMayor Rasim Məmmədov
Mayor Rasim Məmmədov  - Sputnik Azərbaycan
Mayor Rasim Məmmədov

20. Mayor Məmmədov Rasim Əbdül oğlu. Tankçı. Cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğludur.

21. Polkovnik Orucov Raqub Cahangir oğlu. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. 1968-ci il təvəllüdlü.

© Photo : Social networksMAHXQ Əlvan Hüseynov
MAHXQ Əlvan Hüseynov - Sputnik Azərbaycan
MAHXQ Əlvan Hüseynov

22. MAHXQ Əlvan Hüseynov. Füzuli rayonundan hərbi xidmətə çağırılıb. Aprelin 3-də cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.

© Photo : Social networksƏsgər Sərxan Bayramov
Əsgər Sərxan Bayramov  - Sputnik Azərbaycan
Əsgər Sərxan Bayramov

23. Əsgər Bayramov Sərxan Oqtay oğlu. Zaqatala rayonu, Qala Düzü sakini. Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.

© Photo : Social networksƏsgər Müşfiq Orucov
Əsgər Müşfiq Orucov  - Sputnik Azərbaycan
Əsgər Müşfiq Orucov

24. Əsgər Orucov Müşfiq Arif oğlu. Zəngilan rayon sakini. Naftalandan hərbi xidmətə çağırılmış M.Orucov aprelin 4-də Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

© Photo : Social networksƏsgər Orxan Dəmirov
Əsgər Orxan Dəmirov  - Sputnik Azərbaycan
Əsgər Orxan Dəmirov

25. Əsgər Dəmirov Orxan Zeynal oğlu. Biləsuvar rayonundan hərbi xidmətə çağırılıb. Tankçı.

© Photo : Social networksMAHXQ Orxan Hümmətov
MAHXQ Orxan Hümmətov  - Sputnik Azərbaycan
MAHXQ Orxan Hümmətov

26. MAHXQ Hümmətov Orxan, Şəki rayonu Kiş kəndindən.

© Photo : Social networksƏsgər Teymur Qasımov
Əsgər Teymur Qasımov  - Sputnik Azərbaycan
Əsgər Teymur Qasımov

27. Əsgər Qasımov Teymur Mikayıl oğlu, 1997-ci il təvəllüdlü. Göyçay rayon, Çaxırlı kənd sakini. Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub.

© Photo : Social networksƏsgər Orxan Müstəcəbov
Əsgər Orxan Müstəcəbov  - Sputnik Azərbaycan
Əsgər Orxan Müstəcəbov

28. Əsgər Müstəcəbov Orxan. Qobustan rayonu, Bədəlli kənd sakini.

© Photo : Social networksMAHXQ Elvin Qaibov
MAHXQ Elvin Qaibov  - Sputnik Azərbaycan
MAHXQ Elvin Qaibov

29. MAHXQ Qaibov Elvin Sədrəddin oğlu. 27 yaş. Füzuli ətrafında gedən döyüşlərdə şəhid olub. Xaşmaz rayonunun Əbilyataq kəndində anadan olub.

Yaralananlar:

1. Əsgər Orxan Cavadov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.

2. Baş leytenant Azər Məmmədov, Tərtərdə erməni tərəfinin gülləsi nəticəsində yaralanıb.

3. Əsgər Qəhrəman Qəhrəmanov çox saylı qəlpə yaraları alıb.

4. Əsgər Allahverdiyev Pərvin Vahid oğlu. Erməni gülləsinə tuş gələn əsgər hal-hazırda hərbi hospitaldadır. Vəziyyəti ağırdır.

5. Üzeyir adlı əsgər. Tərtər istiqamətində gedən döyüşlərdə yaralanıb.

6. Aydın adlı əsgər. Salyan rayonu Qaraqaşlı kəndindən.

7. Əsgər Quliyev Mansur. Seysulan kəndi uğrunda döyüşlərdə güllə yarası alıb. Masallı rayonundan hərbi xidmətə çağırılıb. Memarlıq ve İnşaat universitetinin məzunudur.

8. MAHXQ Qardaşxan Adıgözəlov. Goranboydan hərbi xidmətə çağırılıb.

9. Əsgər Məmmədov Elçin Ataxan oğlu. 19 yaşlı. Tərtər istiqamətində düşmənlə döyüş zamanı sağ qolundan qəlpə yarası alıb.

Qeyd: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti siyahının etibarlılığını təsdiq etdi və əlavə etdi ki, 2 şəhidin adını daha sonra Müdafiə Nazirliyi əlavə olaraq məlumat verəcək.

Xəbər lenti
0