QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şəhid kapitanın dəfni ümumxalq nümayişinə çevrildi

© Sputnik / Ilham MustafaMilli Ordunun zabiti, kapitan İnqilab Quliyevin dəfn mərasimi
Milli Ordunun zabiti, kapitan İnqilab Quliyevin dəfn mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncə şəhəri bu gün Vətən torpaqlarının bütövlüyünün bərpası uğrunda şəhid olan övladını torpağa tapşırıb

BAKI, 5 apr — Sputnik. Cəbhədəki son döyüşlərdə şəhid olan Milli Ordumuzun zabiti, kapitan İnqilab Çingiz oğlu Quliyevin dəfn mərasimi Gəncə şəhərində, əsl ümumxalq vətənpərvərlik nümayişinə çevrilib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, Gəncənin Şəhidlər Xiyabanına toplanmış, çoxu gənc olan minlərlə insan şəhidin nəşini vətənpərvərlik şüarları ilə qarşılayıblar.

© Sputnik / Ilham MustafaMilli Ordunun zabiti, kapitan İnqilab Quliyevin dəfn mərasimi.
Milli Ordunun zabiti, kapitan İnqilab Quliyevin dəfn mərasimi - Sputnik Azərbaycan
1/4
Milli Ordunun zabiti, kapitan İnqilab Quliyevin dəfn mərasimi.
© Sputnik / Ilham MustafaŞəhid İnqilab Quliyev əsgərlərin yaylım atəşi altında torpağa tapşırılıb.
Şəhid İnqilab Quliyev əsgərlərin yaylım atəşi altında torpağa tapşırılıb - Sputnik Azərbaycan
2/4
Şəhid İnqilab Quliyev əsgərlərin yaylım atəşi altında torpağa tapşırılıb.
© Sputnik / Ilham MustafaDəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.
Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər - Sputnik Azərbaycan
3/4
Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.
© Sputnik / Ilham MustafaŞəhidin atası.
Şəhidin atası - Sputnik Azərbaycan
4/4
Şəhidin atası.
1/4
Milli Ordunun zabiti, kapitan İnqilab Quliyevin dəfn mərasimi.
2/4
Şəhid İnqilab Quliyev əsgərlərin yaylım atəşi altında torpağa tapşırılıb.
3/4
Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.
4/4
Şəhidin atası.

İgid zabitimizin dəfn mərasimində doğmaları ilə yanaşı, şəhidin xidmət etdiyi hərbi hissənin təmsilçiləri, Gəncə şəhər rəhbərliyi, Qarabağ və Əfqanıstan müharibələrinin veteranları və ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər. Dəfn mərasimində torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizin xatirəsinin dövlət tərəfindən daim uca tutulduğu vurğulayıb, hər bir Azərbaycan vətəndaşının ölkə başçısının əmri ilə hər an işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olduqları bildirilib.

Bu gün Gəncədə cəbhəyə dəstək aksiyası keçirilib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gəncədə orduya dəstək aksiyası keçirilib

Əllərində Azərbaycan bayraqları, əklillər və qəhrəmanlıq şüarları tutmuş çoxsaylı insan axınının müşayəti ilə şəhid Quliyev İnqilab Çingiz oğlu, əsgərlərin yaylım atəşi altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunduqdan sonra onun cənazəsinin büründüyü müqəddəs Azərbaycan Bayrağı əbədi olaraq saxlaması üçün şəhidin atasında təqdim olunub. Şəhərin minlərlə sakininin qatıldığı dəfn marasimi xalq və ordu birliyinin təntənsinə, xalqımızın ölkə başçısı ətrafında daha sıx birləşməsinin ifadəsinə çevrilib.

Qeyd edək ki, Tərtər istiqamətindəki döyüşlərdə canından keçmiş 1983-cü il təvəllüdlü zabit İnqilab Quliyev nümunəvi ailə başçısı, iki azyaşlı uşaq atası olub. Allah rəhmət eləsin!

Xəbər lenti
0