07:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
5801

Gürcüstan azərbaycanlıları Qarabağ cəbhəsindəki son hadisələri həssaslıqla izləyirlər: "Biz öz yurdumuzun, obamızın işğaldan azad olunmasına dəstək verməklə həm də öz haqqımızı müdafiə edirik"

BAKI, 4 apr — Sputnik. "Gürcüstan azərbaycanlıları hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və bu haqq savaşında Azərbaycanın yanında olduqlarını bəyan etməkdən qürur duyurlar".

Sputnik xəbər verir ki, bunu Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayev BayMedia-ya açıqlamasında deyib. "Azərbaycan torpaqlarının hər qarışı bizim üçün əzizdir. Qarabağ bütün azərbaycanlıların vətənlərinin bir parçasıdır. Bu baxımdan biz öz yurdumuzun, obamızın işğaldan azad olunmasına dəstək verməklə həm də öz haqqımızı müdafiə edirik", —deyə Ə. Babayev bildirib.

O, Gürcüstan azərbaycanlılarının Qarabağ uğrunda savaşda iştirak etməyə hazır olduqlarını vurğulayıb: "Bu məsələdə bütün azərbaycalıların mövqeyi vahiddir. Azərbaycan silahlı qüvvələri güclüdür və düşmənə zərbə endirmək, işğalçını geriyə otuzdurmaq, Azərbaycan torpaqlarını azad etmək iqtidarındadır. Bu haqq savaşında bizə ehtiyac duyulduğu an gözümüzü qırpmadan işğalçıya qarşı savaşın ön cərgəsində yer alacağıq".

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Azərbaycan Silahlı Qüvvələrinin şanlı əsgər və zabitlərinin cəbhə xəttində göstərdikləri rəşadətdən qürurlandığını bildirib: "Azərbaycanın dövlət başçısını, əsgər və zabitlərimizi və bütün xalqımızı təbrik edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Millətimizin başı sağ olsun. Tanrı Azərbaycanı qorusun".

Əlaqədar

Tərtərdə son durum - rəsmi açıqlama gəldi
Svante Kornell: Azərbaycan Ordusu öz hərbi qabiliyyətini sübut etdi
İrandan Ermənistana çağırış: "Azərbaycan torpaqlarını tərk edin"
Ermənilərin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb
"Rusiyada hakimiyyətə yaxın mətbuat orqanları anti-Azərbaycan təbliğatı aparır"
Azərbaycan dünyaya çağırış etdi
Teqlər:
qarşıdurma, cəbhə, Əli Babayev, GAMK, Gürcüstan Azərbaycanlılarının Milli Konqresi, Gürcüstan azərbaycanlıları

Əsas mövzular