QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Lavrov cəbhədəki gərginlikdən danışdı: "Ankaranı mühakimə etməyəcəyik"

© AFP 2023 / POOL / WU HONG Rusiya XİN rəhbəri Sergey Lavrov
Rusiya XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiay XİN rəhbəri: "Türkiyə rəhbərliyinin birtərəfli bəyanatını eşitmişik. Lakin ümumilikdə bizim türkiyəli qonşumuz üçün vacib kurs o olmalıdır ki, xarici ölkələrin daxili işlərinə qarışmasın"

BAKI, 4 apr — Sputnik. "Dağlıq Qarabağda baş verən son hadisələrdə biz heç bir xarici oyunçunu ittiham etmirik. Bu hadisələrdə Ankaranı da günahlandırmırıq".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov moldovalı həmkarı Andrey Qalbur ilə keçirdiyi birgə mətbuat konfransında, jurnalistin son hadisələrdə Türkiyənin rolunun olub-olmaması ilə bağlı sualına cavabında bildirib.

"Əlbəttə ki, biz Türkiyə rəhbərliyinin birtərəfli bəyanatını eşitmişik. Lakin ümumilikdə bizim türkiyəli qonşumuz üçün vacib kurs o olmalıdır ki, xarici ölkələrin daxili işlərinə qarışmasın. Gah Suriya, gah İraq…", —Lavrov deyib.

Rusiya Xİn rəhbəri bildirib ki, Türkiyə bu ölkələrin daxili işlərinə qarışır, terrora dəstək verməyə davam edir: "Bunlara dair lazımi qədər faktlar var. Ona görə də Dağlıq Qarabağda baş verən son hadisələrdə Ankaranın hansı rol oynadığını mühakimə etməyəcəyəm".

Xəbər lenti
0