08:10 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Vaqif Dərgahlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik

Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumu açıqladı

© Photo : APA
QARABAĞ
Qısa URL
1377452

Vaqif Dərgahlı: "Erməni ordusunun irəliləməsi və Azərbaycan ordusu tərəfindən tutulmuş ərazilərin azad edlməsi barədə Ovannisyanın verdiyi məlumat həqiqətə uyğun deyil"

BAKI, 4 apr — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın erməni ordusunun irəliləməsi və "Azərbaycan ordusu tərəfindən tutulmuş ərazilərin azad edilməsi" barədə verdiyi məlumat həqiqətə uyğun deyil. Bunu Sputnik-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı deyib.

Sutka ərzində Ermənistanın Müdafiə Nazirliyi iki dəfə Təttər rayonunun Talış kəndi ətrafındakı strateji yüksəkliklərin alınması barədə təsdiqlənməmiş bəyanat yayıb. AR MN-in nümayəndəsi qeyd edib ki, bu, sadəcə Ermənistan tərəfinin arzusudur.

"Ovannisyan İrəvanda öz kabinetində oturub və cəbhə xəttində baş verənlər barədə hər hansı dəqiq fikir deyə bilməz. Mən ona məsləhət görürəm ki, şəxsən cəbhə bölgəsinə getsin və öz yalanlarına haqq qazandırsın", — deyə hazırda cəbhə bölgəsində olan Dərgahlı bildirib.

Bununla belə, AR Müdafiə Nazirliyinin mətbuat xidməti aprelin 3-də cəbhə bölgəsindəki vəziyyətlə bağlı yaydığı press-relizdə Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığıni bildirib: "Erməni tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir".

"Ermənistan Silahlı Qüvvələri itirilmiş mövqeləri geri qaytarmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətində mövqelərinə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur. Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub", —deyə MN mətbuat xidmətinin məlumatında bildirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verib və səbr diləyib.

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

Əlaqədar

Ötən gecə cəbhədə qanlı döyüşlər gedib
Azərbaycan cəbhə bölgəsində cavab tədbirlərini birtərəfli qaydada dayandırır
Ermənilər cəbhə boyu atəşkəsi pozublar
ABŞ Qarabağ cəbhəsindəki vəziyyətə münasibətini bildirib
Azərbaycan və Türkiyənin hərbi rəhbərliyi cəbhədəki vəziyyəti müzakirə edib
Həmsədrlər Qarabağ cəbhəsindəki gərginlikdən narahat olublar
Teqlər:
Xocavənd-Füzuli, Ağdərə-Tərtər, Vaqif Dərgahlı, Qarabağda son vəziyyət, Cəbhədə son vəziyyət, Qarabağda atışma, münaqişə, Müdafiə Nazirliyi, Dağlıq Qarabağ, cəbhə, Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikasının Silahlı Qüvvələri, Müdafiə Nazirliyi, Vaqif Dərgahlı, Seysulan məntəqəsi, Talış kəndi, Azərbaycan

Əsas mövzular