QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Cəbhədə döyüşlərin yenidən başlanması Ermənistan tərəfinin təxribatıdır"

Abunə olmaq
Ümumrusiya Azərbaycan Konqresi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı hadisələrlə bağlı bəyənat yayıb: "Ümid edirik ki, erməni xalqı və Ermənistan rəhbərliyi qonşu dövlətlərə qarşı aqressiv siyasətdən imtina edəcək"

BAKI, 4 apr — Sputnik. "Münaqişənin həllindən ötrü üçüncü tərəflərin iştirakı ilə sülh danışıqları ilə bağlı bütün cəhdlərə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən sənədlərin olmasına baxmayaraq vəziyyət dəyişilməz olaraq qalır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb".

Baş Prokurorluq - Sputnik Azərbaycan
Erməni tərəfinin aprelin 2-də törətdiyi təxribatla bağlı cinayət işi başlanıb

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı yaydığı bəyanatda belə deyilir. Sputnik-in redaksiyasına daxil olan bəyanatın mətnində deyilir ki, Ümumrusiya Azərbaycan Konqresi bütün Azərbaycan xalqı kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı narahatlıq keçirir.

"Dağlıq Qarabağda döyüşlərin yenidən başlanması tamamilə Ermənistan tərəfindən törədilmiş təxribatdır. Bu situasiya uzun müddət davam edə bilməz. Biz ümid edirik ki, erməni xalqı və Ermənistan rəhbərliyi qonşu dövlətlərə qarşı aqressiv siyasətdən imtina edəcək", —deyə ÜAK bildirir.

Bəyanatda qeyd olunur ki, Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bəqrərar olunması dayanır. Ümumrusiya Azərbaycan Konqresi hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı torpaqlarımızı azad etməsi ilə bağlı bütün qəraralarını dəstəkləyəcək.

Xəbər lenti
0