QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atəşkəs rejiminin fəal şəkildə pozulması davam edir

Abunə olmaq
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə edilməklə atəşkəs rejimi ümumilikdə 123 dəfə pozulub.

BAKI, 13 mart — Sputnik. Erməni silahlı bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini ümumilikdə 123 dəfə pozub.

Sputnik-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının İcevan, Berd, Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Qazax, Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərimiz atəşə tutulub.

Həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, həmçinin Göygöl rayonları ərazisindəki mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 125 dəfə atəş zərbəsi endirib.

Xəbər lenti
0