17:23 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
QARABAĞ
Qısa URL
4101

Erməni jurnalistin sualı KTMT rəhbərini özündən çıxardı: "Ya siz bunu görmürsünüz, ya da məqsədli şəkildə bunu deyirsiz. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması yolverilməzdir"

BAKI, 12 fev — Sputnik. "Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində münaqişənin gərginləşməsi yolverilməzdir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib.

Erməni jurnalistin "Serj Sarkisyan Azərbaycanın iriçaplı silahlardan açdığı atəşin bütün KTMT ölkələrinə yönəldiyini bəyan edib. Niyə KTMT təşkilat olaraq buna münasibət bildirmir? Bu təşkilatın imicinə ziyan vurmurmu?" sualına KTMT baş katibi belə cavab verib: "KTMT dəfələrlə Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanatlar verib. Mən axırıncı dəfə İrəvanda olanda bu barədə Ermənistan rəhbərliyinə fikrimi bildirmişəm. Son illər KTMT ölkələri Kollektiv Təhlükəsizlik Şurasının bütün bəyanatlarında Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı müddəa yer alıb".

"Ya siz bunu görmürsünüz, ya da məqsədli şəkildə bunu deyirsiz. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağ və Azərbaycan-Ermənistan sərhədində gərginliyin artması yolverilməzdir. Ona görə də hesab etmirəm ki, bu, KTMT-nin imicinə zərbə vurur", —deyə KTMT rəhbəri bildirib.

N. Bordyuja KTMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməsinə ehtiyac görmədiyini də söyləyib: "Dağlıq Qarabağ münaqişəsi çox həssas problemdir. Bu münaqişənin həllinə KTMT cəlb olunmayıb. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bizim mövqeyimiz dəqiq və bəllidir. Bu mövqe KTMT-yə üzv olan bütün ölkələrin mövqeyidir. Bütün KTMT ölkələrinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır, onun hərbi yolla həlli mümkün deyil. KTMT dövlətləri regionda iriçaplı silahlardan istifadənin əleyhinədir".

Əlaqədar

"Dağlıq Qarabağ münaqişəsinin AŞPA-da müzakirəsi baş aldatmaqdır"
AŞPA-da Dağlıq Qarabağla bağlı hesabatlardan yalnız biri qəbul olundu
"Mövcud sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmir"
"Qorbaçov Dağlıq Qarabağda fövqəladə vəziyyət elan etməklə SSRİ konstitusiyasını pozub"
Teqlər:
Nikolay Bordyuja, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Azərbaycan-Ermənistan sərhədi, Dağlıq Qarabağ

Əsas mövzular