06:33 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
əsgər atəşkəs

Erməni silahlı bölmələri atəşkəsi 101 dəfə pozub

CC0 / Military_Material / bullet
QARABAĞ
Qısa URL
401

Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl rayonunlarının işğal altında olan ərazilərindəki mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

BAKI, 6 fev — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı silahlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 101 dəfə pozub.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəklilərdə, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl rayonunlarının işğal altında olan ərazilərindəki mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 102 dəfə atəş zərbəsi endirib.

Əsas mövzular