21:42 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
63 0 0

Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir

Yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.Bu barədə Sputnikə Müdafiə Nazirliyi mətbuat xidmətindən məlumat verdilər.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. "Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir", — Müdafiə Nazirliyindən bildirdilər.
Məlumatda o da deyilir ki,Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görüləcəkdir.

Əsas mövzular