QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Mövcud sənədlər Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmir"

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiya XİN rəhbəri Sergey Lavrov
Rusiya XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: "Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə "ya hər şey, ya heç nə" prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər"

BAKI, 26 yan — Sputnik. "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həmsədrlər müxtəlif vaxtlarda sənədlər hazırlayıblar və onlar danışıqlar prosesində mövcud olan yeganə sənədlərdir".

Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
QARABAĞ
Çavuşoğlu: Qarabağ problemi həll olmayınca Türkiyə-Ermənistan əlaqələri düzəlməyəcək

Sputnik xəbər verir ki, bu fikirləri bu gün Moskvada keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Lavrovun və ya digər şəxsin hazırladığı sənəd mövcud deyil", —deyə XİN rəhbəri bildirib.

Həmin sənədlərin ATƏT-ə göndərildiyini deyə S. Lavrov bildirib ki, o sənədlər də münaqişənin həllinə heç bir təsir göstərməyib: "Heç bir sənəd münaqişə ilə bağlı bütün nüanslarının həllini özündə əks etdirmir. Rusiya tərəflərə münaqişənin sülh yolu ilə həllini tapmaq üçün kömək etməyə çalışır. Bu münaqişədə "ya hər şey, ya heç nə" prinsipi vacibdir. Tərəflər münaqişənin nizamlanması yollarının axtarışını davam etdirirlər. Biz tərəflərlə birlikdə yeni ideyalar axtarırıq".

Xəbər lenti
0