16:53 28 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
16311

MN: Həqiqətən də həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.

BAKI, 25 yan-Sputnik. Müdafiə Nazirliyi "Odundağ" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi barədə Ermənistan mənbələrinin xəbərini təsdiqləyib.

Sputnik xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətinin APA-ya açıqlamasında bildirilir: "Elektron KİV-də Ermənistandakı mənbələrə istinadən Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb. Faktı təsdiq edərək bildiririk ki, həqiqətən də həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib".

Əlaqədar

Ermənilər atəşkəs rejimini 110 dəfə pozub
Cəbhədə atəşkəs rejimi 115 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 100 dəfə pozub
Cəbhədə atəşkəs daha 121 dəfə pozulub
Erməni silahlı bölmələri atəşkəs rejimini 125 dəfə pozublar
Teqlər:
Azərbaycan, Odundağ yüksəkliyi, Qazax, Ermənistan, Azərbaycan Müdafiə Nazirliyi, Müdafiə Nazirliyinin Mətbuat xidməti, Müdafiə Nazirliyi

Əsas mövzular