QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Akademik Saxarov Azərbaycana Naxçıvanla birbaşa quru sərhəddi təklif edib

© Sputnik / Петрухин / Mediabanka keçidАндрей Дмитриевич Сахаров. Архивное фото
Андрей Дмитриевич Сахаров. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri Cahangir Nəcəfovun sözlərinə görə, vaxtilə Azərbaycan rəhbərliyinə Zəngəzuru Qarabağla dəyişmək təklif olunub.

BAKI, 18 yan — Sputnik. Keçmiş SSRİ-nin deputatı, akademik Andrey Saxarov Zəngəzuru Qarabağla dəyişməyi təklif edirdi. Nəticədə bizim Naxçıvanla torpaq sərhəddimiz olacaqdı. Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri Cahangir Nəcəfov Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında belə bir məlumatla çıxış edib. 

Nəcəfovun sözlərinə görə, o vaxtkı Azərbaycan rəhbərliyi Saxarovun təklifini qəbul etməyib.

"Əgər razılıq əldə olunsa idi, bu gün Naxçıvana, oradan da Türkiyəyə rahat avtomobillə gedib gəlmək olardı. Əlbəttə, bunun nə dərəcə düzgün olub-olmadığını xalq dəyərləndirməlidir", — deyə o əlavə edib.

Xəbər lenti
0