QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan atəşkəsin bitdiyini elan etdi

© Sputnik АрменияАрцрун Ованнисян. Архифное фото
Арцрун Ованнисян. Архифное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Artsrun Hovanisyan: Atəşkəs bitib, bölgədə açıq müharibə gedir.

BAKI, 23 dek — Sputnik. Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovanisyan Azərbaycanla atəşkəsin bitdiyini elan edib. 

Sputnik "Novosti-Armeniya"ya istinadla xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi Azərbaycanla açıq müharibə apardıqlarını etiraf edib. 

"Bölgədə onsuz da müharibə gedir. Azərbaycan bütün növ ağır hərbi texnikalarla bizə zərbələr endirir. Biz də buna cavab verməyə məcburuq. Atəşkəs artıq bitib. Bölgədə atəşkəs filan yoxdur. Artıq açıq-aşkar müharibə gedir" — deyə Hovanisyan bildirib.

Erməni tərəfinin bu bəyanatına Azərbaycanın Xarici İşlər Nazirliyi dərhal cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, atəşkəsin davamlı ola bilməsi üçün erməni silahlılarının Qarabağdan birdəfəlik çəkilməsinin şərt olduğunu deyib. 

Xəbər lenti
0