QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan əsgərləri 3 erməni hərbçisini məhv etdi

CC0 / WikiImages / bulletQarabağ atəşkəs əsgər ordu
Qarabağ atəşkəs əsgər ordu - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən endirilən zərbə nəticəsində Ermənistan Silahlı Qüvvələrinə məxsus uzunmüddətli atəş nöqtəsi susdurulub.

BAKI, 14 dek-Sputnik. Ermənistan Silahlı Qüvvələrinə məxsus daha bir uzun müddətli atəş nöqtəsi Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən zərbə nəticəsində məhv edilib.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır.

Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb və məlumata görə o canlı qüvvə sarıdan ən azı 3 (üç) nəfər itki verib.

Xəbər lenti
0