08:10 10 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
702

ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusilə bizim amerikalı həmsədr münaqişə tərəflərini bir araya gətirərək problemin həlli istiqamətində səylərini artırıblar.

BAKI, 22 sen — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri, xüsusilə bizim amerikalı həmsədr münaqişə tərəflərini bir araya gətirərək problemin həlli istiqamətində səylərini artırıblar.

APA-nın xəbərinə görə, bunu Şəkidə səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, Azərbaycana gəldiyi ilk gündən ölkənin ötən 25 il ərzində keçdiyi tarixlə yaxından tanış olub:

“Xüsusilə Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar barədə məlumatlar əldə etmişəm. Mən məcburi köçkünlər üçün yeni tikilmiş binalarda, mənzillərdə ailələrlə görüşmüşəm. Yurd-yuvalarından didərgin salınmış, uzun müddət öz evlərindən uzaqda yaşayan insanların bu münaqişə barədə fikirləri və mövqeləri mənə çox maraqlı olub. Bildiyiniz kimi, BMT-nin qarşıdan gələn Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Minsk Qrupunun səyləri artırdığı bir vaxtda bir şeyi də bilmək lazımdır ki, qrup tərəfləri bir araya gətirəcək, lakin hər iki ölkə rəhbərliyi bu münaqişədən çıxış yolunu tapmaq üçün birgə işləməlidir”. 

 

Əsas mövzular