18:00 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
QARABAĞ
Qısa URL
29 0 0

ABŞ səfiri Robert Sekuta: BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk.

BAKI, 17 sent-Sputnik. Dağlıq Qarabağ münaqişәsinin hәlli istiqamәtindә hazırda addımlar atılır.

Sputnik APA-ya istinadən xəbər verir ki, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. O bildirib ki, bu istiqamәtdә ABŞ-ın ATӘT-in Minsk Qrupundakı hәmsәdri digәr hәmsәdrlәrlә birlikdә ciddi sәylә çalışır: "BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk. Cәnab Uorlik iyul sәfәrindә burada mәcburi köçkünlәrlә görüşüb. Burada söhbәt münaqişәdәn әziyyәt çәkәn insanlardan gedir. Bunun hәll olunması üçün addımlar atılmalıdır. Azәrbaycanda isә bundan әziyyәt çәkәn 1 milyon qaçqın var".

Sәfir nazirlәrin Nyu-Yorkda keçiriləcək görüşünə münasibət bildirərək, tәrәflәrə danışıqların davam etdirilmәsi üçün şәrait yradılmasının vacibliyini qeyd edib.

 

Teqlər:
Dağlıq Qarabağ, Robert Sekuta, ABŞ səfirliyi, ABŞ səfiri Robert Sekuta, Dağlıq Qarabağ, ATӘT-in Minsk Qrupu, Uorlik, Nyu York

Əsas mövzular