19:41 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Qarabağ atəşkəs əsgər ordu

Ermənistan Azərbaycanı müharibəyə təhrik edir

CC0 / WikiImages / bullet
QARABAĞ
Qısa URL
83 0 0

Erməni silahlı qruplaşması atəşkəs rejimini 158 dəfə pozub.

BAKI, 31 avq- Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 158 dəfə pozub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan ordusu İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərindən Azərbaycan tərəfinin Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.

İşğalçılar Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Əbdürrəhmanlı, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atış açıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Teqlər:
atəşkəs, Azərbaycan Müdafiə Nazirliyi, Ermənistan, Qarabağ, Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan

Əsas mövzular