07:56 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Bayram Səfərov

İcma Qarabağa sülhməramlıların yerləşdirilməsinin əleyhinədir

afn.az
QARABAĞ
Qısa URL
16 0 0

Bayram Səfərov: Sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər.

BAKI, 15 iyul-Sputnik. Dağlıq Qarabağın azərbaycanlı icması bu əraziyə sülhməramlı qüvvələrin yerləşdirilməsinin əleyhinədir.

Sputnik xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa şəhər İcra hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ ətrafındakı rayonlar azad edildikdən sonra bölgəyə sülhməramlıların yerləşdirilməsi ilə bağlı fikrinə münasibət bildirən Səfərov deyib: “Sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər. Azərbaycanın torpaqlarında, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur. Çünki bura Azərbaycan torpaqlarıdır.”

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona gözlənilən növbəti səfəri və onların missiyası ilə bağlı icma lideri deyib ki, bu səfərdən də heç nə gözləmir və hər hansı bir irəliləyişin olacağına inamı yoxdur.

“Bu səfər də onların əvvəlki səfərlərindən fərqlənməyəcək və bunu da növbəti turist səfəri hesab etmək olar”, – deyə Səfərov əlavə edib.

Teqlər:
Şuşa şəhər İcra hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, Bayram Səfərov, Dağlıq Qarabağ, Qarabağ, Azərbaycan

Əsas mövzular