02:06 18 Oktyabr 2017
Canlı yayım
Ceyms Uorlik

Amerikalı həmsədr ATƏT PA-nın qərarını dəstəklədi

realtv.az
QARABAĞ
Qısa URL
811

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də azərbaycanlı millət vəkilinin müəllifi olduğu və ATƏT PA-nın qəbul etdiyi sənədi dəstəkləyib.

BAKI, 10 iyul — Sputnik. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik də azərbaycanlı millət vəkilinin müəllifi olduğu və ATƏT PA-nın qəbul etdiyi sənədi dəstəkləyib.

Sputnik erməni mətbuatına istinadən xəbər verir ki, amerikalı diplomat ATƏT PA-nın yay sessiyasına MDB məkanındakı münaqişələrlə bağlı azərbaycanlı millət vəkilinin hazırladığı qətnamə layihəsinin qəbulu ilə bağlı erməni mətbuatına açıqlama verərək deyib ki, Dağlıq  Qarabağ münaqişəsi  Helsinki yekun aktının prinsiplərinə uyğun həllini tapmalıdır: “Yəni Minsk qurunun Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində hər hansı dəyişiklik yoxdur. Biz münaqişənin hərtərəfli həlli istiqamətində öz fəaliyyətimizi davam etdiririk. Fəaliyyətimiz beynəlxalq hüquq normalarına əsaslanır. Dağlıq Qarabağ problemi BMT nizamnaməsinə (xartiyasına) Helsinki yekun aktının prinsiplərinə uyğun əsas götürərək güc tətəbiq etmədən ölkələrin ərazi bütövlüyü və xalqalrın öz müqəddəartına əsaslanaraq həllini tapmalıdır.”

Amerikalı diplomat onu da əlavə edib ki, regiona səfər planlaşdırılır və səfər zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə danışıqlarda irəliləyişə nail olunması istiqamətində müzakirələrə aparacılacaq.

Qeyd edək ki, ATƏT PA-nın Helsinkidə keçirilən yay sessiyasında Helsinki Yekun Bəyannaməsinə həllini tapmayan Azərbaycan, Gürcüstan və Moldovadakı münaqişələrilə bağlı müddəalar  salınıb və orada Azərbaycanla bağlı hissədə Dağlıq Qarabağ və ona bitişik 7 rayonun işğalı faktı və onun həlli yolları öz əksini tapıb. 

Əsas mövzular