02:04 18 Oktyabr 2017
Canlı yayım
Флаги с логотипом ОБСЕ в Вене

ATƏT MQ həmsədrləri regiona iyulun 20-də səfər edəcəklər

© Foto: OSCE/Mikhail Evstafiev
QARABAĞ
Qısa URL
311

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popov (Rusiya) regiona iyulun 20-də səfər edəcək.

BAKI, 10 iyul — Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popov (Rusiya) regiona iyulun 20-də səfər edəcək. 

Sputnik xəbər verir ki, bunu bu gün  Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, həmsədrlər iyulun 20-də Ermənistana, iyulun 21-də isə Azərbaycana səfər edəcəklər.

Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaqdır.

9 iyul — Diplomatiya Günü ilә bağlı Azərbaycan Xarici İşlәr Nazirliyinin әmәkdaşları nazir Elmar Mәmmәdyarovun başçılığı ilә Fәxri Xiyabanı ziyarәt ediblәr.

Diplomatlar Heydәr Әliyev vә Zәrifә Әliyevanin mәzarları önünә gül dəstələri qoyduqdan sonra Şәhidlәr Xiyabanını ziyarәt ediblәr.

Əsas mövzular