00:06 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
QARABAĞ
Qısa URL
2201

Vitse-spiker Bahar Muradova: Artıq münaqişələrin həlli prosesində danışıqlar üçün rəsmi dəstək və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır.

BAKI, 6 iyul — Sputnik. Cənab Geqamyan, əmin ola bilərsiniz, Azərbaycan İrəvan daxil olmaqla, öz tarixi torpaqlarını qaytaracaq. 

Sputnik xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, Azərbaycan ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın növbəti yay sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı erməni həmkarının çıxışına cavab verərəkən deyib.

Onun sözlərinə görə, artıq münaqişələrin həlli prosesində danışıqlar üçün rəsmi dəstək və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır: “Biz münaqişə zonalarında “status-kvo”nun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atmalıyıq.  ATƏT və onun Parlament Assambleyası nə qədər ki, gec deyil hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əzabının davam etməməsi üçün təcili addımlar atılmalıdır”.

Muradova onu da əlavə edib ki, münaqişələrin tezliklə həll olunması üçün səylər birləşdirilməli, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətləri saxlanılmalıdır. 

Azərbaycan nümayəndə heyətinin rəhbəri eyni zamanda Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın Azərbaycan prezidentinin İrəvanı və Zəngəzur mahalını da geri qaytaracağı ilə bağlı dediklərinə etirazını da cavabsız buraxmayıb. “Sizə isə, cənab Geqamyan, təşəkkür edirəm ki, bunu qeyd etdiniz. Azərbaycan İrəvan daxil olmaqla, öz tarixi torpaqlarını qaytaracaq. Buna əmin ola bilərsiniz”.

Əsas mövzular